5 başlıqda ötən həftə necə keçib | Banco.az

5 başlıqda ötən həftə necə keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya iqtisadi sferasının əsas diqqət mərkəzində FED başda olmaqla aparıcı mərkəzi bankların faiz qərarları, müxtəlif ölkələrin inflyasiya göstəriciləri olub.

Banco.az 5 fevral tarixində başa çatan həftənin əsas gündəm xəbərlərini diqqətinizə çatdırır.

1) FED faiz artım sürətini azaldıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) ötən həftə 2 günlük iclasdan sonra maraqla gözlənilən faiz qərarını açıqlayıb. Gözlənildiyi kimi, artım sürətini azaldan FED artım uçot dərəcəsini 25 baza bəndi artırıb. 

2) Avropa Mərkəzi Bankı, İngiltərə Bankı və digər bir sıra banklar faiz dərəcələrini açıqlayıblar

Avropa Mərkəzi Bankı (ECB) gözlənildiyi kimi faiz dərəcəsini 50 bənd artırıb. 

İngiltərə Bankının uçot dərəcəsi 50 baza bəndi artımla 4 faizə çatdırılıb.

Çexiya Mərkəzi Bankı cümə axşamı keçirilən iclasında ardıcıl beşinci dəfədir ki, faiz dərəcəsini 7 faiz səviyyəsində saxlayıb.

Braziliya Mərkəzi Bankı (BCB) etalon olan Selic faiz dərəcəsini 13,75 faiz olaraq saxlayıb.

3) Avropa Parlamenti Şengen müraciətlərinin rəqəmsallaşdırılmasını təsdiq edib

Avropa Parlamentinin (AP) Vətəndaş Azadlıqları Komitəsinə təqdim edilən və 5 əleyhinə olmaqla 34 lehinə səs çoxluğu ilə qəbul edilən hesabat viza müraciətlərinin rəqəmsal şəkildə edilməsi ilə viza proseslərini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

4) İspaniya, Türkiyə və Şri-Lankada inflyasiya göstəriciləri açıqlanıb

İspaniyada yanvar ayı üzrə inflyasiya göstəricisi 5,8 faiz olaraq hesablanıb.

Şri-Lankada inflyasiya tədarük çətinliklərinin aradan qalxması ilə 8 ayın ən aşağı səviyyəsinə düşüb. Statistika Departamentinin çərşənbə axşamı yaydığı məlumatda qeyd olunub ki, paytaxt Kolomboda istehlak qiymətləri indeksi illik müqayisədə 54,2 faizə düşüb.

Türkiyədə ötən ay istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 57,68 faiz artıb.

5) "OPEC+" hasilat planında dəyişiklik etməyib

“OPEC+” qrupu keçirdikləri iclasdan sonra hasilat planını davam etdirmək qərarına gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et