5 başlıqda ötən həftə necə keçdi | Banco.az

5 başlıqda ötən həftə necə keçdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya iqtisadi sferasında ABŞ-da açıqlanan göstəricilər və FED sədri Pauellin ABŞ Konqresində etdiyi təqdimat diqqət çəkib.

Banco.az 5 mart tarixində başa çatan həftənin əsas gündəm xəbərlərini təqdim edir:

1. FED-in yarımillik təqdimatında inflyasiyaya vurğusu diqqətdən yayınmayıb

FED sədri Cerom Pauellin bu həft ABŞ Konqresində həyata keçirəcəyi pul siyasəti ilə bağlı yarımillik təqdimatın mətni yayımlanıb. Hesabatda FED-in inflyasiyanın yaratdığı problemlərdən “son dərəcə xəbərdar olduğu” və qiymət sabitliyini təmin etmək üçün daha çox faiz artımına ehtiyac duyulduğu bildirilib.

2. Avrozonada iqtisadi inam təəccüblü şəkildə zəifləyib

Avropa İttifaqı (Aİ) Komissiyasının məlumatlarına görə, Avrozonada İstehlakçı İnamı fevral ayında 99,8 punktdan 99,7 punkta düşüb. İqtisadçılar isə artımın dördüncü ayda da davam edəcəyini gözləyirdilər.

3. Ayrı-ayrı regionlarda inflyasiya nəticələri açıqlanıb

Avrozonda ötən ay illik baza inflyasiyası 5,6 faiz təşkil edib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin 5,3 faiz olacağını gözləyirdilər.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, fevral ayında ölkədə aylıq inflyasiya 3,15 faiz olaraq qeyd edilib.

Almaniya Statistika İdarəsinin məlumatına görə, Aİ-yə uyğun gələn İstehlakçı Qiymət İndeksi (CPI) fevral ayında aylıq 1 faiz, illik isə 9,3 faiz artıb. 

Ən sərfəli kredit üçün müraciət et

Madrid Statistika İnstitutu tərəfindən edilən açıqlamaya görə, İspaniyada istehlak qiymətləri bir il əvvələ nisbətən 6,1% artıb ki, yanvar ayında bu göstərici 5,9 faiz təşkil edirdi.

4. Dünya Bankı Ukraynaya yardım üçün əlavə vəsait ayırıb

Dünya Bankı Ukrayna-Rusiya müharibəsinin birinci ilində Ukraynaya əlavə 2,5 milyard dollar qrant ayırdığını açıqlayıb ki, bu vəsaitlər Dünya Bankının əsas xidmətləri və dövlət funksiyalarının saxlanılması layihəsi çərçivəsində Ukrayna büdcəsinə birbaşa dəstək verəcək.

5. Fevral ayında ABŞ-da istehlakçı inamı aşağı zəifləyib

Konfrans Şurası amerikalı istehlakçıların meyllərini ölçən İstehlakçı İnam İndeksi ilə bağlı fevral məlumatlarını açıqlayıb.

Bu məlumatlara görə, sözügedən indeks fevral ayında əvvəlki aya görə 3,1 bənd azalaraq 102,9 olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram