5 başlıqda ötən həftə | Banco.az

5 başlıqda ötən həftə

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə dünya bazarlarının əsas gündəm mövzuları Fed sədri Cerom Pauelin çıxışı, Aİ-nin rus neftinə yuxarı qiymət həddi üzrə razılığa gəlməsi və Çinin karantin tədbirlərini yumşaltması olub.

Banco.az 4 dekabrda başa çatan həftənin mühüm məqamlardan ibarət xülasəsini təqdim edir.

1. Türkiyə iqtisadiyyatında 9 rübdən sonra daralma qeydə alınıb.

Ötən həftə Türkiyə Statistika Təşkilatı (TÜİK) III rüb üzrə milli gəlir statistikasını açıqlayıb. Buna görə, Türkiyə iqtisadiyyatı rüblük 0,1 faiz kiçilsə də, illik 3,9 faiz böyüyüb.

2. Çində Kovid tədbirlərində yumşalma siqnalı verilib

Çində iqtisadi fəaliyyətə təsir edən və sosial narazılıq yaradan sərt Kovid tədbirlərinin yumşaldılacağına dair siqnallar verilib. Tədbirlərin həyata keçirilməsinə cavabdeh olan Baş nazirin müavini Sun Çunlan mübarizədə yeni mərhələyə qədəm qoyulduğunu söyləyib və çıxışı zamanı “Sıfır Kovid” ifadəsindən istifadə etməyib.

3. Aİ Rusiya neftinin yuxarı qiymət həddində razılığa gəlib

Bir müddətdir ki, dünya bazarlarının diqqətlə izlədiyi Rusiya neftinə yuxarı qiymət həddinin tətbiq edilməsi üzrə nəhayət ki, razılıq əldə olunub. Buna görə, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan nefti maksimum 60 dollar/barel səviyyəsində satın alacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

4. Pauel faiz artımlarında tempin yavaşlayacağı tarixi açıqlayıb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauel faiz artımlarında yavaşlamanın dekabrda başlaya biləcəyini bildirib.

5. Avrozona inflyasiyasının artım tempi 1,5 ildən sonra aşağı düşüb

Avropa Statistika Bürosunun (Avrostat) məlumatlarına görə, Avrozonada noyabr ayı üzrə illik inflyasiya 10 faizə qədər geriləyib ki, əvvəlki ay bu göstərici 10,6 faiz idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et