5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur | Banco.az

5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin nizamnamə kapitalı bu il yanvarın 1-nə illik müqayisədə çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 241 milyon 287 min manat), “Yelo Bank” (378 milyon manat), “Xalq Bank” (364 milyon 773 min manat), “PAŞA Bank” (354 milyon 512 min manat) və “Bank VTB Azərbaycan”dır (315 milyon 815 min manat).

Qalan 21 bankdan 7-də nizamnamə kapitalı 100-300 milyon manat arasında, 10 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 1 bankda isə 10 milyon manatdan azdır.

6 bankın nizamnamə kapitalı artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın nizamnamə kapitalı illik müqayisədə çox olub.

Bunlar “Premium Bank”, “Kapital Bank”, “Yelo Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “PAŞA Bank”dır.

Ən yüksək dinamika “Premium Bank”da (47,8%), ən aşağı dinamika isə “PAŞA Bank”da (6,5%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qalan 20 bankın nizamnamə kapitalı dəyişməyib.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et