5 bankın əməliyyat mənfəəti 10 milyon manatdan çoxdur | Banco.az

5 bankın əməliyyat mənfəəti 10 milyon manatdan çoxdur

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si əməliyyat mənfəəti əldə etməyib.

Əməliyyat zərərinə uğrayan banklar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Turan Bank", "AGBank", "Atabank", "Amrah Bank" və "Bank VTB Azərbaycan"dır. Zərərin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (2,222 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (119 min manat) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qalan 23 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Onlardan 5-də bu göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (85,155 milyon manat), "Kapital Bank" (66,566 milyon manat), "PAŞA Bank" (36,194 milyon manat, "Access Bank" (17,339 milyon manat) və "Xalq Bank"dır (12,913 milyon manat).

Əməliyyat mənfəəti 14 bankda 1-10 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan azdır.  

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et