5 bankın aktivləri 1 milyard manatdan çoxdur | Banco.az

5 bankın aktivləri 1 milyard manatdan çoxdur

Bu il oktyabrın 1-nə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (9 milyard 321 milyon 336 min manat), "PAŞA Bank" (4 milyard 383 milyon 325 min manat), "Kapital Bank" (4 milyard 7 milyon 548 min manat), "Xalq Bank" (2 milyard 177 milyon 368 min manat) və "Bank Respublika"dır (1 milyard 356 milyon 235 min manat).

Qalan 25 bankdan 9-da aktivlər 500 milyon manatdan 1 milyard manata qədər, 14 bankda 100-500 milyon manat arasında, 2 bankda - İran və Pakistan Milli Banklarının Bakı filiallarında isə 100 milyon manatdan azdır.

 14 bankın aktivləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu il oktyabrın 1-nə aktivləri illik müqayisədə az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar "Bank Avrasiya", "Muğan Bank", "Rabitəbank", "Bank of Baku", "Access Bank", Pakistan Milli Bankının Bakı filialı, "Amrah Bank", "Premium Bank", "Azərbaycan Sənaye Bankı", "Atabank", "AGBank", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı və "Express Bank"dır. Ən az azalma "Bank Avrasiya"da (0,2%), ən çox azalma isə "Express Bank"da (24,7%) qeyd alınıb.

Qalan 16 bankın aktivləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (39%), ən aşağı dinamika isə "Turan Bank"da (0,8%) qeydə alınıb.

"Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç