Hazırda 5 bank ləğv olunma mərhələsindədir.
Mərkəzi Bankdan bildirilir ki, hazırda ölkədə 44 bank fəaliyyət göstərir. Onlardan cəmi biri dövlətə məxsusdur. Özəl bankların 22-si xarici kapitallıdır. Onlardan yeddisində xarici kapital nizamnamə kapitalının 50 faizdən 100 faizə qədərini təşkil edir. İki bank isə xarici bankın yerli filialı kimi fəaliyyət göstərir.
Məcmu kapitalına görə, bankların qruplaşdırılmasına gəlincə, 2 bankın məcmu kapitalı 3,5- 5,0 mln. manat arasında dəyişir. 41 bankın məcmu kapitalı 10 milyon manatdan yuxarıdır. 8 bank faktiki zərərlə işləyir. Bank sisteminin cəmi zərəri (zərərlə işləyən banklar üzrə) -42,44 milyon manat təşkil edir.
millixeber.com