Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin iyun ayının əvvəlinə Azərbaycan bankları 1 milyard 626 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 332 milyon manat, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 17,4% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği bu ilin yanvar ayının əvvəlində 3 milyard 492 milyon manata, fevral ayının əvvəlində 321 milyon manata, mart ayının əvvəlində 641,7 milyon manata, aprel ayının əvvəlinə 962,6 milyon manata, may ayının əvvəlinə isə 1 milyon 294 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!