“48 min kreditin restrukturizasiyası üçün müraciət edilib” | Banco.az

“48 min kreditin restrukturizasiyası üçün müraciət edilib”

“Mayın 7-nə qədər Azərbaycanda 549 milyon manat məbləğində 48 min kreditin restrukzasiyası üçün müraciət edilib”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

“Bunlardan yalnız 15 müraciətə müsbət cavab verilməyib. Ümumiyyətlə isə müraciətlərin 91%-i biznes, 9%-i istehlak, o cümlədən 5%-i ipoteka kreditlərinə aiddir. Artıq müraciətlərin 37%-i və yaxud təxminən 200 milyon manatlıq hissəsinə baxılıb”, - deyə o, qeyd edib.

Bundan başqa, baş bankirin sözlərinə görə, AMB-nin “Qaynar xətti”nə 15 fiziki şəxs müraciət edərək bankların güzəştlərlə bağlı tövsiyyələrə əməl etmədiyini bildirib: “Biz hazırda bu müraciətləri ciddi araşdırırıq".

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et