4,500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib | Banco.az

4,500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib

Fevral ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 2,1 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

2015-ci ilin fevral ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,771 sığorta tələbi üzrə 2,099,884 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İcbari Sığorta Bürosundan Banco.az portalına verilən məlumatda qeyd olunur ki, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə  həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

1,646

1,870,064

50

87,070

62

77,750

13

65,000

1,771

2,099,884

Ən sərfəli kredit üçün müraciət et

Fevral ayında İcbari Sığorta Bürosu tərəfindən 2 kompensasiya tələbi üzrə 4,500 manat məbləğində kompensasiya ödənişi həyata keçirmişdir.