44 yaşında Vyandakı həyatını atıb, Thailandda ən gəlirli otellərdən birini qurdu | Banco.az

44 yaşında Vyandakı həyatını atıb, Thailandda ən gəlirli otellərdən birini qurdu

Mayk Vanekin bu yaxınlarda 49 yaşı tamam olub. O, Thailandın Ko Çanq adasında adasında şəxsi otelini (Lucky Gecko Garden) inkişaf etdirir. Bir neçə il ərzində o, mənfəətə çıxmış və Booking.com reytinqinə əsasə nəhəng mehmanxana şəbəkələrini kölgədə qoymuşdur.

Öz biznesinə Mayk 44 yaşında, mehmanxana sektorunda heç bir təcrübəsi olmadan başlayıb. Bu materialda iş adamı sakit Avstriya həyatını ekzotik Thailanda dəyişməsi təəssüratlarından və buna rəğmən biznes instiktini itirməməsi haqqında danışır.

Mən 30-dan çox iş dəyişmişəm:

Vyanda doğulub böyümüşəm. Məktəbi bitirdikdən sonra oxumaq deyil, bir başa işləmək qərarı verdim. Həmin dövrlərdə daha sadə idi, sən sadəcə menecerə nə bacardığını göstərirdin və səni işə götürürdülər. Bütün həyatım boyu mən 30-dan çox iş dəyişmişəm.

Ən axmaq işi isə 4 saatdan sonra tərk etmişəm.  Mən plastik qapaqlar üzərində işarələrə ştamp vurmalı idi. Bu o qədər kütləşdirici məşğuliyyət idi ki, bir neçə saatdan sonra mən sadəc ayağa qalxdım və çııxb getdim.

Çalışdığım ən yaxşı muzdlu işlərdən biri isə reklam kompaniyasındakı iş olub: biz Avropa boyu gəzərək, Audi, Mercedes və digər avtomobil markaları üçün aksiyalar keçirirdik. Özlüyündə iş elə də maraqlı deyildi, amma artıq o zaman mən anladım ki, işdə ən vacibi – yaxşı boss və əla komandadır.

Mən həmişə səyahət etməyi sevmişəm. Mən çalışırdım ki, iki il işləyim, sonra bir neçə aylıq dünyanı özüm üçün kəşf edim. Asiya sadəliyi və dünyaya pozitiv baxışı ilə məni cəlb edirdi. Vyanada hər şey neqativ idi, siyasət, pul, stress. Asiya isə belə deyil.

 

Mayk Vanek

Mən ilk dəfə Thailandda 1991-ci ildə olmuşam. Qaldığım otelin sahibi bir az qəribə adam idi: səhər erkəndən o siqaret çəkir və günün qalan hissəsini qamakda uzanaraq keçirirdi.

Ofis vərdişlərinə uyğun olaraq, bir az söhbət etmək arzusunda olan mən ondan soruşdum ki, bəs o, istirahətə hara gedir. Üstündən illər keçəndən sonra, yalnız indi mən anlayıram ki, mənim sualım nə qədər axmaq olub.

Otelin sahibi mənə sanki yadplanetliyə baxırmış kimi kimi baxıb, dedi:” Buradan harasa istirahətə getməyə nə ehtiyac var, əgər bütün dünya istirahət üçün bura gəlirsə?”

44 yaşında mən anladım ki artıq vaxtddır

İşim mənə zövq bəxş etmirdi, qızım isə artıq böyüyüb, sərbəst həyata başlamışdı.

44 yaşımda mən işimi atdım, Vyanadakı mənzilimi qızım üçün qoydum və səyahətə yollandım.

Tezliklə yolum yenidən Thailanda, Ko Çanq adasında düşdü. Burada mən restoranı olan digər bir avstriyalı ilə rastlaşdım. Biz biznes partnyorlara çevrildik bizə torpaq icarəsinə dair sərfəli təklif edəndə uzun müddət tərəddüd etdik, amma sonda risk etmək qərarı verdik.

Thailandda əcnəbi vətəndaş torpaq sahibi ola bilməz, torpağın mülkiyyət hüququ yalnız taylara məxsusdur. İcarə müqaviləsi isə 3 dəfə 30 illiyə imzalana bilər, amma heç kəs buna dair zəmanət vermir.  Torpaq sahibi ilə konflikt düşəndə, o sizi biznesi başqa birinə verməyə məcbur edə bilər.

Belə hallarda yeganə zəmanət (qarantiya)  - icma (sənin şəhərinin digər biznesləri) ilə möhkəm, qırılmaz əlaqələr və torpaq sahibləri ilə yaxşı münasibətlərdir.

Biz Tailandda  biznesi necə qurduq

Biz partnyorlar ilə tikinti işlərinə dərhal başladıq: 6 ay ərzində biz bir neçə bunqalo, dayanacaq və restoran ucaltdıq, amma heç də hər şey hamar getmirdi. Biz podratçı tapdıq və inşaat işlərini etməsi üçün ona pul ödədik.

Əvvəlcə bizim bunqalalorın tikintisində 30 insan işləyirdi, amma 3 həftədən sonra 3-4 nəfər qalmışdı. Mən onlarla danışdım, məlum oldu ki, podratçı bütün pulu mənimsəyib və fəhlələrə ödəniş etməyib, onlar da çıxıb gedib.

Onda biz çalışdıqdıq ki, məsələyə podratçı ilə aydınlıq gətirək, amma elə bir şey edə bilmədik. Ona görə işi öz əlimizə almalı olduq: mən işçiləri özüm bir başa işə götürməli oldum, materialların axtarışı və alınması ilə də özüm məşğul oldum. Onda mən vacib bir dərs aldım: Uğur qazanmaq üçün minimum vasitəçi lazımdır və özün maksimum iştirak edib və cəlb olunmalısan.

Mən təkid etdim ki, bütün biznes leqal açılsın

Başlangıcda hər zaman yad ölkənin qanunlarından baş çıxartmaq müşküldür. Sən hər zaman “ekspertlər” əhatə edir, onlar ya səni inandırmağa çalışır ki, “qanun sadədir və ona məhəl qoymasan da olar”, ya da ki, “qanun çox mürəkkəbdir və onların köməyi olmasa sən baş çıxara bilməzsən”.

Amma hamısı haqsızdır:

Image result for 1 iconBirinci ona görə ki, qanuna riayət etməyə çalışmaq daha yaxşıdır. Məsələn, avvəl Tailandda hər iki biznesdən biri qeyri leqal idi (yəni qara mühasibatlıq), amma indi hökumət dəyişib, hərbçilər hakimiyyətə gələndən sonra korrupsiyaya qarşı müqavimət güclənib. Biznesini öncədən qeyri rəsmi çış insnlar isə indi onu necə leqallaşdırıcaqlarını bilmir.  Biz başlanğıca bir az çox zaman sərf etdik, amma əvəzinə indi heç bir problemimiz yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Image result for 2 iconIkinci isə əksər ölkələrdə qanunlar hansısa dərəcədə oxşardır. Bir az baş açandan sonra görürsən ki, hər şey kifayət qədər məntiqidir. Əsas vaxt tapıb, yeni məntiqi mənimsəməkdir.

 

Açılışdan sonra, biz patnyorumla  başa düşdük ki, layihənin aparılması ilə bağlı fikirlərimiz fərqlidir.

O, daha çox restorana diqqət ayırırdı (yəni əsas gücünü restorana sərf edirdi). Biz otel idik, ekskursiyaya biletlər satır, restoran idarə edirdik. Adada bir çoxları belə edir. Parikmaxer motosikletləri icarəyə verir, massajist bijuteriya satır və s.

Bizim üçün ilk mövsümün nəticələri sarsıdıcı idi, biz qəzəblənir və heç nəyi yaxşı edə bilmirdik.

Bizim kadrlar ilə bağlı problemimiz var idi, əksər hallarda taylar ailəliklə işləyir və bu zaman onlar oğurluq və cığallıq etməyə adətə edib. Taylar hər zaman zahirdə çox mehriban görünür, amma heç vaxt düşünməyin ki, onlar sizin ən yaxın dostlarınızdır. Komandada oğurluq olanda, hər kəs özü qərar verməlidir görəcək tədbirin necə olacağını. Mənim vəziyyətimdə isə həm komanda oğurluq edirdi, həm də partnyor.

Partnyor ilə vidalaşdıq və yaşasın azadlıq

Nə isə qərar vermək lazım idi. Nəticədə mənim partnyorum biznesdən çıxdı, mən isə təcili olaraq, “qayığı lazımı istiqamətdə döndərməli idim”. İlk olaraq, mən restoranı və digər köməkedici servisləri bağladım.

Bizim əsas biznesimiz “Bed and Breakfast” oldu. Və mən bütün gücümü ona yönəltdim ki, mümkün olan ən yaxşı B&B servisi təklif edim.

Mən öz qonaqlarım üçün ekskursiya təşkil edə və ya motosiklet sifariş edə bilərəm. Amma mən bundan heç bir marja qazanmıram. Bilet və motosikletləri adanın digər biznesmenləri satır, mən isə sadəcə öz qonaqlarımın rahatlığından ötrü kuryer kimi çalışıram.

Maykın Taillanddakı mehmanxanası

Komandanı da tamamı ilə dəyişmək lazım gəldi. Düzgün insanları, öz şini gerçəkdən sevən insanları tapmaq üçün vaxt laızmdır. Sən öz işini sevəndə, həm də yaşı işləyirsən. Mənimlə personal arasında əlaqə etibar üzərində qurulub: Mən mövsüm başa çatan kimi onları küçəyə atmıram, bütün il ərzində ödəniş edirəm və heç zaman gecikdirmirəm. Onlar isə əvəzində məni yanıltmırlar. Sadədir? Mənim həyatım çox sadədir, çünki o dürüstlük və vicdan üzərində qurulub.

Sən demə, mən şəxsi brendə bənzər bir şey yaratmışam

Mən heç reklamla məşğul ola bilmədim, hərşey özü-özünə alındı. Mənim əsas fokusum əla servis idi. Yəqin ki, şəxsi brend də haradasa müəyyən rol oynadı – mən hər zaman qonaqları özüm qarşılamağa çalışırdım, bütün zamanı qəbul masası arxasında olur və hər zamanı xidməti yüksəltməyə çalışırdım.

İşləyərək çox şey öyrənirsən

  • Çinlilərə hər zaman fen lazım olur. Ona görə də mən bar masasın arxasında fen də saxlayıram və əgər eyni vaxtda oteldə bir neçə çinli qrup olsa, mən əlavə 1-2 fen də gətirirəm.
  • Ruslar isə həmişə ütü axtarır.
  • Amerikanlar üçün ən vacibi mənim barıma soyuq pivənin olmasıdır.

İndi otelin qazancı pis deyil, mən isə özümü heç də işdəki kimi hiss etmirəm. Mənim məzuniyyətə ehtiyacım olmur, çünki mən sevdiyim işlə məşğulam.

Mən əldə edilənlə dayanmaq fikrində deyiləm. Mən hər 10 ildən bir biznesi və ölkəni dəyişmək istəyirəm. Mənim gələcəklə bağlı artıq bir neçə ideyam var, amma onlar haqqında danışmaq hələ tezdir. Yaşayarıq – görərik. 

Könül Soltanova, Mənbə: «В 44 я бросил работу, оставил дочке квартиру и уехал делать бизнес своей мечты»