4200 bank əməkdaşı iş yerini itirib | Banco.az

4200 bank əməkdaşı iş yerini itirib

"Azərbaycanın bank sektoru çətin dövrünü yaşayır". 

Bunu "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında çıxış edən "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

E.Qədimovun sözlərinə görə, 11 bankın bağlanması nəticəsində 4 200 nəfər bank əməkdaşı iş yerini itirib: "Bazar faizi anlayışının tətbiq edilməsi kredit faizlərinə təsir edir. Biz təklif edirik ki, ya bu tətbiq edilməsin, ya da həmin bank üzrə son 30 gündə verilən kreditlərə görə bazar faizi anlayışı tətbiq edilsin".

Ən sərfəli kredit üçün müraciət et

"Rabitəbank" sədri təklif edib ki, kommersiya banklarının SWIFT, "Visa" və "Mastercard" təşkilatlarından aldığı xidmətlər ƏDV-dən azad edilsin.

Mənbə: Report.az