40 yaşından sonra uğur qazanan 10 şəxs | Banco.az

40 yaşından sonra uğur qazanan 10 şəxs

Uğurun yaşı yoxdur, onun sadəcə sirri vardır.

Sizlərə 40 yaşından sonra uğur qazanmış insanları təqdim edirik.

Hələ də istədiyiniz uğuru qazanmamısınızsa, cəhd etməkdən usanmayın. 40-cı yaş gününüz bəlkə də sizi surprizlərlə gözləyir :)

40 yaşına çatmadan heç bir zaman paltar tikməmiş olan  məşhur modelyer Vera Veng.

İlk çizgi romanını 1961-ci ildə, 39 yaşında yazan Stan Lee. Spider-Man, X-Man xarakterlərinin yaradıcısıdır.

Donald Fisher, 40 yaşında heç bir təcrübəsi olmadan həyat yoldaşı ilə birlikdə 1969-cu ildə GAP mağazasını yaratdı.

Gary Heavin 1992-ci ildə ilk Curves Fitnes salonunu açdı. Daha sonra şirkət 90-cı illərin ən surətlə böyüyən şirkətləri sırasına girdi.

Sam Walton 44 yaşında, yəni 1967-ci ildə Wall-Mart-ı açmaqla uğuru qazandı. 

Ən sərfəli kredit üçün müraciət et

Henry Ford 1908-ci ildə T model avtomobili yaradanda 45 yaşında idi.

Rodney Dangerfield, əfsanəvi komediya ustası olaraq tanınır. Əsl uğuru isə 46 yaşında reallaşdırdığı "The Ed Sullivan Show" idi.

Charles Darwin həyatı boyu elmlə məşğul olmuş biri idi. Etdiyi bütün işləri özündə saxladı, lakin 1859-cu ildə, yəni 50 yaşında ikən yazdığı "Növlərin Mənşəyi" adlı kitabı ilə elm tarixinə adını yazdırdı.

Taikichiro Mori, 51 yaşında Mori İnşaat Şirkətini qurmadan öncə akademik olaraq çalışırdı. Ağılla etdiyi sərmayələr nəticəsində 1992-ci ildə 13 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı idi.

Harland Sandars 1952-ci ildə, yəni 62 yaşında ikən Kentucky Fried Chicken (KFC)nin ilk şöbələrini açdı.

 

Ən sərfəli krediti almaq üçün müraciət et