WeWork, Uberdən sonra dünyada ikinci ən böyük startap olmaqda iddialıdır. WeWork dünyada ən böyük ko-vörking şirkəti hesab olunur. Yaponiyaya məxsus Softbank tərəfindən ediləcək yatırımdan sonra WeWork-un dəyəri 20 milyard dollardan 35-40 milyarda qədər arta bilər. Qeyd edək ki, Softbank sonuncu dəfə 2017-ci ilin avqust ayında şirkətə 4.4 milyard dollar yatırım etmişdi. Softbank Vision Fund-un başçısı Rajeev Misre belə hesab edir ki, gələcəkdə şirkətin dəyəri 100 milyard dollara qədər arta bilər.
Nəcibə Yusifova, banco.az