4-cü doza vaksin məcburi olacaq? | Banco.az

4-cü doza vaksin məcburi olacaq?

Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə 4-cü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında 4-cü doza vaksinlərin vurulması prosesinə start veriləcək.

TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev vaksinasiya ilə bağlı iddialara aydınlıq gətirib.

Tanınmış həkim açıqlamasında bildirib ki, təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada dördüncü doza vaksinlə bağlı fikirlər müxtəlifdir.

“Ancaq hazırkı vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda 4-cü doza vaksin məcburi olmayacaq. Təbii ki, hər kəs könüllü şəkildə 4-cü doza vaksini qəbul edə bilər. Lakin önümüzdəki günlərdə yoluxmada fərqli rəqəmlər olduğu zaman başqa qərarlar da qəbul oluna bilər”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350-dir.

Ən sərfəli kredit üçün müraciət et

modern.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et