4 bankın qeyri-faiz xərcləri azalıb | Banco.az

4 bankın qeyri-faiz xərcləri azalıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 4-nün ötənilki qeyri-faiz xərcləri əvvəlki ilə nisbətən az olub.

Bunlar "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Amrah Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (40,9%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (1,8%) qeydə alınıb.

1 bankın - "Premium Bank"ın qeyri-faiz xərcləri demək olar ki, dəyişməyib.

Qalan 24 bank isə qeyri-faiz xərclərini artırıb. Bu baxımdan ən yüksək dinamika "PAŞA Bank"da (57,4%), ən aşağı dinamika isə "AGBank"da (2,2%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

5 bankın qeyri-faiz xərcləri 60 milyon manatdan çoxdur.

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin ötənilki qeyri-faiz xərcləri 60 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (209,791 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (165,669 milyon manat), "PAŞA Bank (124,96 milyon manat), "Unibank" (63,139 milyon manat) və "Access Bank"dır (62,273 milyon manat).

Qalan 24 bankdan 17-də qeyri-faiz xərcləri 10-60 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan azdır.

Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et