4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur | Banco.az

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il oktyabrın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 994 milyon 816 min manat), "PAŞA Bank" (1 milyard 637 milyon 116 min manat), "Xalq Bank" (1 milyard 544 milyon 921 min manat) və "Kapital Bank"dır (1 milyard 447 milyon 72 min manat).

Qalan 26 bankdan 20-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 4 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

9 bankın kredit portfeli azalıb

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu il oktyabrın 1-nə kredit portfeli illik müqayisədə az olub.

Bunlar "Access Bank", "Amrah Bank", "Bank VTB Azərbaycan", "Muğan Bank", "Premium Bank", "Atabank", "Express Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Access Bank"da (3,8%), ən çox azalma isə Pakistan bankında (43,4%) qeydə alınıb.

Qalan 21 bankın kredit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (63,9%), ən aşağı dinamika isə "Bank of Baku"da (0,4%) qeydə alınıb.

"Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et