4 bankın balans kapitalı 300 milyon manatdan çoxdur | Banco.az

4 bankın balans kapitalı 300 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il iyulun 1-nə balans kapitalı 300 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 469 milyon 933 min manat), "PAŞA Bank" (425 milyon 806 min manat), "Xalq Bank" (399 milyon 241 min manat) və "Kapital Bank"dır (363 milyon 892 min manat).

Ən sərfəli kredit üçün müraciət et

Qalan 26 bankdan 4-də balans kapitalı 100-200 milyon manat arasında, 21 bankda 10-100 milyon manat arasında, 1 bankda  - Pakistan Milli Bankının Bakı filialında isə 10 milyon manatdan azdır.

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-ni bu il iyulun 1-nə balans kapitalı illik müqayisədə az olub. Qalan 22 bankın isə balans kapitalı artıb.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç