4 ayda ölkə banklarının faiz gəlirləri artıb | Banco.az

4 ayda ölkə banklarının faiz gəlirləri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin may ayının əvvəlinə Azərbaycan bankları 1 milyard 294 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 1 ay əvvələ nisbətən 331,4 milyon manat, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 17,95% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği bu ilin yanvar ayının əvvəlində 3 milyard 492 milyon manata, fevral ayının əvvəlində 321 milyon manata, mart ayının əvvəlində 641,7 milyon manata, aprel ayının əvvəlinə isə 962,6 milyon manata bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə kreditlər üzrə faiz gəlirləri isə 984 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et