Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin ilk 4 ayında Azərbaycanın Almaniyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 2 milyon 989 min dollar və ya 22,4% azalıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-aprel aylarında Almaniyaya qeyri-neft ixracının dəyəri 10 milyon 359 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 13 milyon 348 min dollar olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (317 milyon 645 min dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!