4 ayda 72 mindən çox əmlak qeydiyyata alınıb | Banco.az

4 ayda 72 mindən çox əmlak qeydiyyata alınıb

2019-cu ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 72,4 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19,7 minə yaxını (27,2 faizi) ilkin, 52,7 minə yaxını isə (72,8 faizi) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13,4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36,5 mini torpaq sahəsi, 1500-ə yaxını qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-ə yaxını isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.

Hazırda respublika üzrə orta hesabla gün ərzində 1030-a yaxın, o cümlədən Bakı şəhəri üzrə isə 330-a yaxın elektron çıxarış hüquq sahiblərinə təqdim edilir. Bu sahədə prosedurların sadələşdirilməsi, optimallığın artırılması nəticəsində çıxarışlar hətta 1 iş günü ərazində də verilir. Bu ilin yanvar-aprel aylarında 62,5 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib. Bu müddətdə 15 minə yaxın ipoteka müqaviləsi, 1117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et