"331 mənzil üçün 270 minə yaxın müraciət olub" | Banco.az

"331 mənzil üçün 270 minə yaxın müraciət olub"

331 mənzil üçün 270 minə yaxın müraciət olub.

“Elektron Hökumət Mərkəzindən verilən məlumata görə, kirayə mexanizmi üzrə müraciətlərin qəbuluna başlanan gün (22 Yanvar 2020) Elektron İpoteka və Kredit Zəmanəti sisteminə 270 minə yaxın sorğu daxil olub”.

Bunu bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib.

“Sorğuların gözlənildiyindən çox olması ilə əlaqədar olaraq müraciətlərin qəbulunda problem yarandı. Problem sistemin satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə əlaqədar modulunda baş verdi", - o deyib.

Ən sərfəli kredit üçün müraciət et

İlham Kələşov bildirib ki, yaxın günlərdə müraciətlərin qəbuluna başlanacaqdır: "Sistemin nasazlığının aradan qaldırılması üzrə işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə, sınaq işləri başa çatdıqdan sonra müraciətlərin qəbuluna başlanılması nəzərdə tutulur".

İlkin mərhələdə satmaq öhdəliyi ilə 331 mənzil kirayəyə veriləcək. 2020-ci il ərzində bu sayın 5-6 qatı qədər sayda (1600 -2000 civarında) mənzillərin kirayəyə verilməsi nəzərdə tutulur. 

Kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

marja 

Ən sərfəli krediti almaq üçün müraciət et