30 yaşlı halımdan 20 yaşlı halıma nəsihət! | Banco.az

30 yaşlı halımdan 20 yaşlı halıma nəsihət!

20 yaşında olsaydım indi bunları edərdim deyən milyonlarla insan olduğunu düşünürəm. Bir dostumuz var. Bu günlərdə 30 yaşına daxil oldu, lakin özü deyir ki, hələ də bu yaşa isinişə bilməmişəm. 20 yaşımdakı məni təhlil etsəm nələri düz nələri səhv etdiyimi aydınca görə bilirəm. 

1) Səyahət et

20 yaşımda çox oxuyan yox, çox gəzən çox bilər sözünü qavraya bilmirdim. Amma indi daha yaxşı başa düşürəm ki, yaş artdıqca gəzmək istəyi azalır və buna paralel olaraq da məsuliyyətlər artır. 

2) Öz məhsulunu yarat

Əslində əvvəllər elə düşünürdüm ki, mən də hamı kimi olmalıyam. Fərqli olmağı qəbul edə bilmirdim. Amma bu gün əksinə fərqli insanların daha uğurlu olduğunu görürəm.

3) Oxu

Bəzən dilə gətirə bilmədiyimiz sözləri oxuyaraq səsləndiririk ona görə oxu.

4) Televizora baxmağı tərgit.

Televizordakı dünya ilə yaşadığımız dünya arasında dağla dərə qədər fərq var. Ona görə televizora baxma.

5) Karyera əsasdır.

Öz bacarıqlarını göstərməyin ən yaxşı yaşındasan, unutma 20 yaşından sonra bir də heç vaxt indi etdiklərini edə bilməycəksən.

6) Güvən amma saf olma.

Düzdür, tam razıyam insanlar bicdir. Sənin güvənindən istifadə edirlər.  Bu da sənə acı verir. Amma yenə də güvən. Bu hissi yaşamadan 30 yaşına keçmə!

Ən sərfəli kredit üçün müraciət et

7) Yaxşı və pis insanlar.

Bəzi insanlar sənə dəstək olacaqlar, bəziləri isə yoluna əngəl törədəcəklər. Elə insanlar tap ki, həyatını dəyişdirsinlər. Amma bir həqiqəti qəbul elə, dostlarının çoxu pis günlərində yanında olmayacaqlar.

8) Zamanın dəyərini bil.

Güvənmədiyin insanlara zaman ayırma, səni aldadanlara zaman ayırma, sənin onlara davrandığın kimi sənə davranmayanlara zaman ayırma.

Gecikmə.

Digər insanların da zamanını alma, əgər gecikirsənsə onların itirdiyi zamanı vecinə almırsan deməkdir. Özünü onlardan daha dəyərli görürsən.

Bəzi insanlar gecikməyinin problem olmadığını deyəcəklər. Amma bu problemdir.

9) Səhv et.

Səhv elə ki, dərs çıxarda biləsən.

10) Uğura köklən.

 

Əgər gələcəkdə uğurlu olmaq istəyirsənsə indidən onun bünövrəsini  qur.

11) Səbr et

Tələsən təndirə düşər, unutma.

BONUS.

Belə yazıların çox olmasını istəyirsənsə Banco.az-ı izlə. :)

Xəzər Aslanov. Banco.az