3 və 6 aylıq ən sərfəli manat əmanəti hansı bankdadır? - Oktyabr | Banco.az

3 və 6 aylıq ən sərfəli manat əmanəti hansı bankdadır? - Oktyabr

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Banco.az bankların qısamüddətli depozitləri üzrə faiz dərəcələrini araşdırıb. 3 aydan 6 ayadək müddətə olan manat depozitləri üzrə ən yüksək faizləri Xalq Bank (10,5%) təklif edir. Daha sonra isə 10%-lə TuranBank, Accessbank, Kapital Bank, Rabitəbank, Expressbank və Yelo Bank gəlir. 

Xalq Bank-ın əmanət məhsulunun faiz dərəcələri hazırda ən yüksək faizlərdir - 6 aylıq əmanətlərdə aylıq ödənişlə 10%, müddətin sonunda ödənişlə isə 10,5% gəlirlilik. Minimal yığım məbləği 100 manatdır.

3 aylıq əmanətlər üzrə ən yüksək faiz isə TuranBank-da (10%) və Xalq Bank-dadır (8,5%).

Digər banklarda faizlər aylıq və ya müddətin sonunda ödənilməklə 2-9,5% arasında dəyişir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram