3 faiz civarında inflyasiya proqnozlaşdırır | Banco.az

3 faiz civarında inflyasiya proqnozlaşdırır

2014-cü ildə ÜDM-in 4 faiz, 2015-ci ildə 3,5 faiz artacağı gözlənilir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Raca Almarzoqi səfərin yekunlarına dair mətbuat konfransında məlumat verib. 

O bildirib ki, Rusiya ilə məhdud iqtisadi əlaqələr şəraitində iqtisadiyyat regiondakı iqtisadi qarışıqlığa qarşı dözümlülük nümayiş etdirib.

"2014-cü ildə ÜDM-in 4 faiz, 2015-ci ildə 3,5 faiz artacağı, neft hasilatının bir qədər azalması,habelə ehtiyatlı büdcə vergi siyasəti və zəruri olan makro prudensial sərtləşmə tədbirləri nəticəsində qeyri-neft sektorunda artımın səngiyəcəyi proqnozlaşdırılır. 

İnflyasiyanın təqribən 3 faiz civarında olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Gün.Az