26 min 322 ipoteka krediti verilib | Banco.az

26 min 322 ipoteka krediti verilib

2006-2019-cu illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 26 322 ipoteka krediti verilib.

Fondun saytında dərc olunmuş məlumata görə, bu günədək İKZF-nin xətti ilə 1 milyard 290 milyon 294 min manat məbləğində ipoteka krediti verilib.

2018-ci ildə İKZF-nin agent bankları tərəfindən 273 milyon manat məbləğində ipoteka krediti verilib.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

Marja