2.6 dollara qəpik satıldı | Banco.az

2.6 dollara qəpik satıldı

200 il əvvəl istehsal olunan  qəpik  indi 2.6 milyon dollar satıldı. ABŞ-ın Kaliforniya ştatında  son illərin ən maraqlı hərraclarından biri keçirilib.  1792-ci ildə  istehsal olunmuş qəpiyi satışa çıxaran kolleksiyaçılar  bu dəmir parçasını xəzinə qiymətinə satmağa müvəffəq olub.

Məsələ burasındadır ki,  18-ci əsrin sonlarında dövriyyəyə buraxılmış bu pul vahidindən yer üzündə indi cəmi 10 ədəd qalıb. Həmin 10 fərqli qəpikdən ən yaxşı vəziyyətdə olanı isə  Börç Senti adı verilən bu qəpikdir. Demək olar ki, bu qəpiyin analoqu yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2.6 milyon dollara satılan nadir qəpiklə yanaşı, Liberti hərracında onlarla tarixi əşya alıcılara təqdim olunub. 2.6 milyon dollarlıq qəpiklə birgə, ondan 1 il sonra istehsal olunmuş daha bir metal pul 2.3 milyon dollara satılıb. 

atvxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et