11 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50402676S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasının məlumatına görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.5201 AZN (6.70%) və 95.9693 AZN (6.00%) olan 9 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 milyon 879 min 400 manat olub.
Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən notların kəsmə qiyməti 95.8730 AZN (6.15%), orta ölçülmüş qiyməti 95.8798 AZN (6.14%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.
Notların ödəmə tarixi: 22.06.2020