2,5 saata 33 min qazanc | Banco.az

2,5 saata 33 min qazanc

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin 2 saat yarımlıq konfrans üçün 33 min avro alması müzakirələrə yol açıb. Anders Foq Rasmussen Danimarka və digər Avropa ölkələri hökumətlərində, eləcə də tanınmış firmalarda müşavirlik xidməti təqdim edir. Hər konfrans üçün isə 242 min kron (33 min avro) alır.  

Sentyabrın 30-da NATO baş katibliyi vəzifəsindən ayrılan Rasmussenin müşavirlik (sözçülük) firması qurması tənqidlərə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Onun qazancının ABŞ-da müəyyən bir hesaba köçürüldüyü, əgər Danimarkada olsaydı və orada bir bankda saxlanılsaydı, şirkət vergisi ödənməli olduğu qeyd edilir. Buna görə də Rasmussen pullarını Andorrada bir bankda saxlayır. 

Xatırladaq ki, Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen NATO-nun 12-ci baş katibi idi və 2009-cu il avqustun 1-də səlahiyyətlərinin icrasına başlamışdı.

ANSPRESS

Ən sərfəli krediti almaq üçün müraciət et