"25 ölkənin şirkətlərinə və vətəndaşlarına investisiya üçün sadələşdirilmiş prosedur yaradılacaq" | Banco.az

"25 ölkənin şirkətlərinə və vətəndaşlarına investisiya üçün sadələşdirilmiş prosedur yaradılacaq"

Müəllif:Mehin Qasımova/Banco.az

"25 “dost” ölkənin şirkətlərinə və vətəndaşlarına investisiya üçün sadələşdirilmiş prosedur yaradılacaq".

Banco.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mişustin bildirib.

Baş nazir 25 ölkədən fiziki şəxslərin və şirkətlərin sadələşdirilmiş prosedurla Rusiyada bank hesabı aça və pul yatıra biləcəyini bildirib:

"Xarici biznes və operatorlar üçün asan şəraitin yaradılması prezidentimizin qarşıya qoyduğu milli məqsədlərin yerinə yetirilməsi çərçivəsində hökumətin maliyyə suverenliyinə nail olmaq səylərinin mühüm hissəsidir".

Rusiyanın baş naziri bəyan edib ki, Çin, Hindistan, Braziliya, Səudiyyə Ərəbistanı, Türkiyə, Qazaxıstan və Belarus da daxil olmaqla 25 “dost” ölkənin vətəndaşları və şirkətləri bu prosedurdan yararlana bilər.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya 2022-ci il fevralın 24-də başlayan Ukrayna müharibəsindən sonra ona qarşı sanksiya tətbiq edən ölkələri isə,  “dost olmayan ölkələr” adlandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et