25 milyon dollarlıq Bitcoin hərraca çıxarıldı | Banco.az

25 milyon dollarlıq Bitcoin hərraca çıxarıldı

ABŞ-ın hüquq-mühafizə orqanları federal cinayət səviyyəsində vətəndaş ya da inzibati olmaqla, müxtəlif hadisələrdən ələ keçirilən təxminən 2170 Bitcoin-in hərracda satılacağını bildirib.

Martın 19-da keçiriləcək hərrac saat 08 – 14 arasında baş tutacaq. İştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün verilən şərtlərə martın 14-də günorta saatlarına qədər əməl edərək 200 min dollar dəyərində əmanət haqqını ödəməlidirlər.

Bitcoin-lər 14 fərqli blok halında təklifə çıxarılaqcaq. Bunlar 2 ədəd 500 BTC-lik, 11 ədəd 100 BTC-lik və 70 BTC-yə yaxın 1 blok şəklində olacaq. Qazananlar hərrac baş tutan gün məlumatlandırılacaq.

Bitcoin-lərin ələ keçirildiyi hadisələrin siyahısı ABŞ-ın hüquq-mühafizə orqanlarının vevsaytında dərc olunub. Siyahıya alınan proseslər arasında 2015-ci ildə 800 min dollar dəyərində Bitcoin oğurlamaqda şübhəli bilinən gizli xidmət agenti Şaun Bricesin əməli də yer alıb.

Analoji hərrac daha əvvəl də baş tutmuşdu. 22 Yanvar 2018-ci ildə reallaşan bu hərracla qurum təxminən 40 milyon dollarlıq 3813 BTC satdı.

2016-cı ildə isə təşkil olunan hərrac zamanı 2700 BTC öz yeni sahiblərini tapmışdı. O zamankı qiymətlərə görə bu, təxminən 1,6 milyon dollar dəyərində idi.

Ələ keçirilən kriptovalyutaların satıldığı dövlət auksionları hazırda Ukrayna, Cənubi Koreya və Avstraliyada da mövcuddur və getdikcə öz coğrafiyasını genişləndirir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az