25 bank "qara siyahı"ya düşdü | Banco.az

25 bank "qara siyahı"ya düşdü

Avropanin 25 bankı qara siyahıya düşüb.

Avropanin 25 bankı qara siyahıya düşüb.Həmin banklar növbəti maliyyə böhranına tab gətirə biləcək gücdə deyillər. Avropa Mərkəzi Bankı həmin banklara vəziyyətdən çıxış yoluna dair plan təqdim etmələri üçün 2 həftə vaxt verib.

 Avropada iqtsadi böhran bank sistemin də vurub. Avropa Mərkəzi Bankının qitə üzrə 123 bankda apardığı yoxlamaların nəticəsi belə deməyə əsas verir.

Belə ki, bankların daha bir maliyyə böhranına olan müqaviməti sınaqdan keçirilib. Yoxlamalar zamanı məlum olub ki, avrozonanın 25 irihəcmli bankı maliyyə böhranına tab gətirə biləcək gücdə deyil.

Ən sərfəli kredit üçün müraciət et

Avropa Mərkəzi Bankının açıqlamasına görə, sınaqdan uğursuz çıxan banklar arasında İtaliya banklarının sayı daha çoxdur. Mərkəzi qurumun rəhbərliyi 9 İtaliya bankının adını defisitli banklar siyahısına daxil edib.

Bununla yanaşı 3 yunan, 3 Kipr, 2 Belçika və 2 Sloveniya bankları, habelə Almaniya, Fransa, Avstriya, İrlandiya, İspaniya və Portuqaliyada bir bank "qara siyahı"ya düşüb.

Maliyyə vəziyyəti ən pis olan bank İtaliyanın "Monte dey Paski" bankıdır. Bu bankın 2.6 milyard dollar kəsiri var. Ümumilikdə, 24 bankın kapital defisiti 25 milyard dollar təşkil edir. Avropa Mərkəzi Bankı vəziyyətdən çıxış yoluna dair plan təqdim etməsi üçün həmin banklara 2 həftə vaxt verib.

XezerXeber.com