Türkiyədə 10 ayda 245 min ton fındıq ixracatından 1 milyard 432 milyon dollar gəlir əldə edilib.
Qaradəniz Fındıq Məmulatları və İxracatçıları Birliyindən (KFMİB) verilən məlumata görə, 1 Sentyabr 2018 - 30 İyun 2019 dövründə, 245 min 14 ton fındıq ixrac edilərək 1 milyard 432 milyon 715 min 436 dollar gəlir əldə olunub.
Ötən mövsümün eyni dövründə 256 min 44 ton fındıq ixrac edən Türkiyə, 1 milyard 601 milyon 124 min 470 dollar qazanmışdı.
Standart naturel iç fındığın kentala (100 kiloqramı) orta hesabla 837 dollardan satılıb.
KFMİB İdarə Heyətinin Sədri lyas Edip Sevinç, 2018-2019 mövsümünün təxmin etdikləri kimi keçdiyini, mövsümün 275 min ton fındıq ixracı ilə bağlanmasını gözlədiklərini deyib. Sevinç, valyuta daxilolmasını isə 1 milyard 700 milyon dolar dolayında gözlədiklərini qeyd edib.
Marja