2035-ci ildə Bakının əhalisi 4 milyon olacaq | Banco.az

2035-ci ildə Bakının əhalisi 4 milyon olacaq

2035-ci ilədək Bakının əhalisi 4 milyon nəfərə çatacaq. Bunu Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatı zamanı Bakı Dövlət Planlaşdırma İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə deyib.

O bildirib ki, planın özü əhalinin yerləşdirilməsi və məşğulluğunun təşkili, yeni istirahət zonalarının yaradılması, eləcə də Bakının inkişaf pespektivlərini nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

İ.İsbatovun sözlərinə görə, şəhərin mərkəzi hissəsində gərginliyi azaltmaq üçün yüklənməni Ələt qəsəbəsinə keçirmək nəzərdə tutulur:

“Planlara əsasən, Ələt qəsəbəsinin 2035-ci ilədək 200 mindən çox əhalisi olan şəhərə çevirmək nəzərdə tutulur”.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et