Müəllif - Aida İsaq, Banco.az
2027-ci ilə qədər dünyada 14 milyon iş yeri sıradan çıxacaq.
Banco.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun (WEF) hesabatında bildirilir. Məlumata görə, süni intellektin tətbiqi bəzi vəzifələrin ləğvinə gətirib çıxaracaq. Bununla yanaşı, müvafiq sahədə mütəxəssislərin məşğulluğu beş il ərzində orta hesabla 30% artacaq. Qeyd olunur ki, süni intellekt bizneslə bağlı müəyyən tapşırıqların 34%-ni yerinə yetirir. Bununla yanaşı, işəgötürənlər gələcəkdə bu səviyyənin artmasına daha müsbət yanaşıb. Beləliklə, sorğunun nəticələrinə görə, 2027-ci ilə qədər müxtəlif sektorlardakı işlərin 42%-i avtomatlaşdırılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!