2026 FIFA Dünya Kubokunun loqotipi təqdim edilib | Banco.az

2026 FIFA Dünya Kubokunun loqotipi təqdim edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının loqosu bəlli olub.

Banco.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə 2026-cı ildə keçiriləcək FIFA Dünya Kubokunun rəsmi loqosu təqdim edilib.

Bir neçə gün əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Assosiasiyası (FIFA) tərəfindən təşkil olunan xüsusi təqdimat mərasimində ictimaiyyətin diqqətinə çatdırılan loqo bəyənilməklə yanaşı, bir sıra tənqidlərə də məruz qalıb.

Belə ki, 2 və 6 rəqəmlərinin üstündə Dünya Kubokunun şəkli əks olunub ki, bu da FIFA Dünya Kubokunun loqosunun 2026-cı ildəki ildönümünü qeyd etmək üçün nəzərdə tutulub. Bununla yanaşı, loqo tədbirə ev sahibliyi edəcək 16 şəhərin fərdi kimliklərini əks etdirmək üçün qara fonda ağ nömrələrə malik olmaqla birlikdə müxtəlif çalarlara da uyğunlaşdırılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram