2026-cı ildə ABŞ iqtisadiyyatında güclü artım gözlənilir | Banco.az

2026-cı ildə ABŞ iqtisadiyyatında güclü artım gözlənilir

Müəllif:Mehin Qasımova,Banco.az

Moneyfarm analitiki Richard Flax ABŞ iqtisadiyyatı ilə bağlı 2026-cı il üçün müsbət proqnoz açıqlayıb.

Banco.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ iqtisadiyyatının sabit və davamlı artım nümayiş etdirəcəyi gözlənilir.

Analitik bildirib ki, süni intellekt sektoruna iri həcmli investisiyalar, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltması və hökumətin dəstəkləyici iqtisadi siyasəti artımı sürətləndirən əsas amillər olacaq.

Flax qeyd edib ki, bu proseslər ABŞ şirkətlərinin mənfəətliliyinin artmasına müsbət təsir göstərəcək. Bununla yanaşı, o vurğulayıb:

“Makroiqtisadi proqnoz ümumilikdə dəstəkləyici görünür, lakin çox şey süni intellekt investisiyalarının mövcud tempinin qorunub saxlanılmasından asılıdır.”