2025-ci ildə hər bir şirkət menecerinin sahib olmalı olduğu 5 bacarıq | Banco.az

2025-ci ildə hər bir şirkət menecerinin sahib olmalı olduğu 5 bacarıq

Gələcəyi görə bilməsək də, təxmin edə bilərik. Texnologiya inkişaf etdikcə tələb və təklif də inkişaf edir. Adi təsəvvürümüzə gətirək, 10 il bundan əvvəl  ingilis dilində bilən şəxslərə işi sorğu-sualsız təklif edirdilər, amma indi əlavə sertifikat da tələb edirlər. Ona görə də, gəlin zamanda 8 il önə gedərək, 2025-ci ildə lazım olan bacarıqları məşhur yazıçı  Gwen Moran’ın yazısından öyrənək:

Hamımız bilirik ki, iş sahələri hər gün dəyişir. Dəyişən tələblərə görə bəzi ixtisaslar vardır ki,  artıq süni zəkadan, avtomatik idarəetmədən istifadə edilir. İş qrupları qloballaşan dünyada, yeni bir iş sahəsində çalışmağın çətinliyini də açıq-aşkar göstərir. Bütün mövcud dəyişikliklərdən müşahidə edirik ki, dövrün yeni  işlək insanları menecerlik vəzifəsinə daha çox yiyələnəcək və 2025-ci ilə qədər bu vəzifə sahibləri üstünlük təşkil edəcək.

Liderlik bacarığının inkişafına xidmət edən  Liz Bentley Associates konsaltinq şirkətinin qurcusu Liz Bentleyə görə bu dəyişmə çox sürətli baş verəcək, yaxın on il ərzində hazırki iş sahələrinin yarısı mövcud olmayacaq. Buna görə, biz də dəyişilmiş yeni şərtlərə uyğunlaşmalı olacayıq.

Ona görə də, Liz Bentley məsləhət görür ki, iş sahələri dəyişdikcə insanlar yeni bacarıqlara yiyələnməyə çalışsınlar. Çünki bu bacarıqlar olmadan, yeni dövr şirkətlərində  çalışmaq demək olar ki, imkansız olacaq.

     1. Texnologiyanı idarə etmə bacarığı

Bentley deyir ki, texnologiya bizimlə birlikdə böyüyür. Buna görə də, yeni texnologiyalardan xəbərsiz olan iş sahələri  bazarda inkişaf edə bilməyəcək. Düzdür, süni zəkanın  və robotların hansı vaxtdan sonra iş mühitinə  tamamilə daxil olacağı haqqında məlumatımız yoxdur, lakin bunu əminliklə  qeyd edə bilərik ki, texnologiya iş mühitində həmişə mövcud olmuşdur.  Texnologiyalar insanlara yeni bacarıqlar əldə etməyə yardımçı olacaq,  yəni, texnologiyalar inkişaf etdikcə menecerlər də inkişaf edəcək, baş verəcək yenilikləri izləməyi öyrənəcəklər.

     2. Outcentric bacarığı

Bentleyin fikrincə yaxşı menecer olmaq istəyənlər “mənçilik” ideyasından yaxa qurtarmalıdırlar.  Yəni “Şirkətin meneceri mənəm, mənim sözümü  dinləməlisiniz” kimi ifadələr artıq bazarda məqbul sayılmayacaq. Gələcəyin menecerləri əmr vermək yerinə,  hər hansı bir problemin həlli üçün komandanı yenidən təşkil etmək, hətta lazım gələrsə komandaya köməklik etmək bacarığından da istifadə etməlidir.

Ən sərfəli kredit üçün müraciət et

     3. Sosial bacarıqların qiymətləndirilməsi

Bir başqa konsaltinq şirkəti olan Savvy - nin CEO-su, eyni zamanda  Georgetown universitetinin müəllimi olan  Rita Santelliyə görə, gələcəkdə menecerlər təkcə öz texniki bacarıqlarına görə yox, həm də sosial bacarıqlarına görə fərqlənəcək. Eyni zamanda  sosial bacarıqların önə çıxdığı menecerlər, tənqidi rəy bildirmə və problem həll etmə bacarıqlarına da sahib olacaqlar.

     4. İş mühitində nəticələrə fokuslanma bacarığı

Yenə bir konsaltinq şirkəti olan  OnCore Management Solutions - un prezidenti  Jennifer Currence deyir ki, iş mühitində hər şey əldə edilən nəticələrə dayanır. Biznes məsləhətçiləri Cali Ressler və Jody Thompson tərəfindən müəyyən edilən bu strategiyaya görə,  gələcəkdə insanların necə və ya harda çalışması yox, həmin işdən əldə edilən fayda və nəticələr müqayisə ediləcək. Yəni, tapşırılmış işin öhdəsindən gəlməkdən əlavə, həmin işdən alınmış müsbət nəticələr dəyərləndiriləcək. O zaman, bu qənaətə gəlmək olar ki, iş performansı iş saatlarının çoxluğuna görə deyil, işin sonundakı nəticələrə görə müəyyən ediləcək .

     5. Emosional zəka (EQ)

Süni zəkadan sonra emosional zəka da artıq iş mühitində daha çox istifadə ediləcək. İşəgötürmə şirkəti olan  Pearson Frank - ın meneceri Craig Dalziel bu fikrə belə açıqlıq gətirir:

 İnsanların nə qədər intellektli olduğunu İQ dərəcəsi müəyyən edirsə,  EQ dərəcəsi də onların emosional zəkasını müəyyən edər.  Bu zəkaya sahib olan insanlar özləri haqqında çox məlumata sahibdir.  Yüksək EQ dərəcəsi olan insanlar  özlərinin zəif və güclü tərəflərini asanlıqla müəyyən edə və ya araşdırma edərək  özlərini inkişaf etdirmə üsullarını  tapa bilirlər.  Eyni zamanda EQ dərəcəsi yüksək olan insanlar, öz iş yoldaşlarından bəzi məsələlərin həllində məsləhət almağa da çəkinmirlər.

Deyilənlərdən belə başa düşə bilərik ki, emosional zəkası yüksək olan insanlar, digər insanlarla asanlıqla səmimi münasibət qura bilirlər. Bu hal, menecerlərin  komandasında hansı işlərin düzgün getmədiyini müəyyən etməkdə yardımçı olacaqdır. Çünki, hadisələrə komandanın digər üzvlərinin gözü ilə baxmaq imkanları mövcuddur.

Xəzər Aslanov

Ən sərfəli krediti almaq üçün müraciət et