Müəllif: Gülnar Əhmədli, Banco.az
Kommersiya tərəfdaşlıqları, yayım hüquqları və müasir stadionlar futbol klublarının gəlirlərini rekord səviyyəyə çatdırır.
Banco.az xəbər verir ki, Deloitte-in 2026-cı il "Football Money League" hesabatına əsasən, Avropanın aparıcı klubları artıq təkcə idman komandaları deyil, həm də qlobal əyləncə brendlərinə çevriliblər.
2024/25 mövsümündə "Real Madrid" 1,161 milyard avro gəlirlə reytinqə başçılıq edib və milyard avro həddini aşan ilk futbol klubu olub.
Ən çox gəlir əldə edən 10 futbol klubu:
-
Real Madrid – 1,161 milyard avro
-
Barcelona – 974,8 milyon avro
-
Bayern Munich – 860,6 milyon avro
-
PSG – 837 milyon avro
-
Liverpool – 836,1 milyon avro
-
Manchester Citi – 829,3 milyon avro
-
Arsenal – 821,7 milyon avro
-
Manchester United – 793,1 milyon avro
-
Tottenhem Hotspur – 672,6 milyon avro
-
Chelsea – 584,1 milyon avro
"Real Madrid"in liderliyində klubun uğurlu çıxışı ilə yanaşı, yenilənmiş "Santiago Bernabeu" stadionunun ilboyu əyləncə məkanına çevrilməsi də mühüm rol oynayıb. Klubun kommersiya gəlirləri təxminən 594 milyon avro, yayım və oyun günü gəlirləri isə 567 milyon avro təşkil edib.
Reytinqdə İngiltərə Premyer Liqası üstünlük təşkil edir. İlk 10-luqda altı, ümumi ilk 20-likdə isə səkkiz İngiltərə klubu yer alır.
Hesabat göstərir ki, müasir futbol klublarının gəlirləri artıq yalnız meydandakı nəticələrdən asılı deyil. Premium xidmətlər, rəqəmsal məzmun, lisenziyalaşdırma, stadion tədbirləri və beynəlxalq sponsorluqlar gəlirlərin əsas mənbələrinə çevrilərək aparıcı klubları dünyanın ən güclü idman şirkətləri sırasına yüksəldib.
Bizi sosial şəbəkələrdən izləyin!!
