2024-cü ilin rəngi müəyyən edilib | Banco.az

2024-cü ilin rəngi müəyyən edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Pantone” Rəng İnstitutu 2024-cü ilin rəngini seçib.

Banco.az xəbər verir ki, baş ofisi Nyu-Cersi ştatının Karlstadt şəhərində yerləşən “Pantone” Rəng İnstitutu hər il olduğu kimi bu il də ilin trend rəngini açıqlayıb. 

Qlobal münaqişələr və sonsuz streslərlə geridə qoyduğumuz ilin sonlarına doğru 2024-cü ilin rəngi olaraq “Peach Fuzz” (Şaftalı Tükü) rəngi seçilib.

“Pantone”nun bu isti və dinclik gətirən rəngi seçməsinin əsas səbəbi isə özümüzə və bir-birimizə qayğı göstərməli olduğumuzu xatırlatmasıdır.

Rəng İnstitutu gələn ilin rəngi haqqında, "Hər şeyi əhatə edən, ruhu, zehni, bədəni və ürəyi zənginləşdirən məxmər kimi yumşaq şaftalı", təsvirlərindən istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

“Pantone”nun açıqlamasına görə, “zərif və həssas” olaraq təyin olunan bu rəng mərhəmət və bölüşmə, icma və əməkdaşlığı ifadə edir. Görünür ki, bunlar müasir dünyada ən çox hiss etmək istədiyimiz məfhumlar arasındadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram