“2024-cü ildə Ukraynanın ən azı 18 milyard avro yardıma ehtiyacı olacaq” | Banco.az

“2024-cü ildə Ukraynanın ən azı 18 milyard avro yardıma ehtiyacı olacaq”

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna 2024-cü ildə azı 18 milyard avro məbləğində maliyyə yardımına ehtiyac duyacaq.

Banco.az xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Serhi Marçenko Stokholmda Avropa İttifaqından olan həmkarları ilə qeyri-rəsmi görüşdən əvvəl bildirib. O, xərcləri kəskin şəkildə azaltmaq üçün çətin il olacağını açıqlayıb. Nazirin sözlərinə görə, ölkənin bərpasına artıq başlanılmalıdır. 

Qeyd edək ki, aprelin 25-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının Ukraynaya illik makromaliyyə yardımı paketi çərçivəsində daha 1,5 milyard avro ayırdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram