2024-cü ildə maaşlar artırılacaqmı? | Banco.az

2024-cü ildə maaşlar artırılacaqmı?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Cari  ilin ən azı birinci yarısı ərzində hər hansı yeni artımlar da olacağı gözlənilmir. Hesab edirəm ki, bu məsələdə ehtiyatlı hərəkət etmək tələb olunur. Əks halda istənilən düşünülməmiş addım qatarı relsdən çıxara bilər”. 
Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Pərviz Heydərov deyib. 

O hesab edir ki, ölkə əhalisinin sosial müdafiəsinin təşkili təkcə pensiyaları, sosial müavinət və təqaüdləri, həmçinin maaşları artırmaqdan ibarət deyil. Ekspert bildirib ki, bu, istehlak qiymətlərini yüksəldə - inflyasiyaya artırıcı təsir göstərə bilər.

“Ötən il ərzində orta aylıq nominal əməkhaqqı üzrə artım səviyyəsi istehlak qiymətləri indeksi göstəricisindən yüksək olub. Birincidə 11,2% qeydə alınıbsa, ikincidə 8,8% təşkil edib. Göstərilən rəqəmlər əksinə təşkil etmiş olsa idi, əmək pensiyaları üzrə bu il üçün tətbiq edilən indeksasiya həddi əhəmiyyətsiz xarakter daşıyacaqdı. Yəni, artım pensiyaçıları 2023-cü ildəki inflyasiya və bahalaşmadan sığortalamayacaqdı.
Ümumiyyətlə, əmək pensiyalarının sığorta hissəsinin, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalara əsasən formalaşan pensiya kapitalı məbləğlərinin əvvəlki ildə qeydə alınan istehlak qiymətləri indeksi göstəricisinə uyğun olaraq hesablanması qanunvericilikdən irəli gələn tələb olduğundan heç bir sosial paket məsələsi sayılmır.
Yəni bu, hər ilin əvvəlində həyata keçirilib və keçiriləcək”.
Pərviz Heydərov qeyd edib ki, ötən il ərzində orta aylıq nominal əməkhaqqı üzrə artım istehlak qiymətləri indeksi göstəricisindən yüksək səviyyədə olub. İnflyasiya və bahalaşmanın 2022-ci ildən başlanan nisbətən səngimə prosesinin bu il də davam edəcəyi gözlənilir ki, AMB 2024-cü il üzrə inflyasiya proqnozu dəyişməz saxlayır. 
“Ötən ilin yanvarın 1-dən tətbiq edilən artımlar da 2022-ci ildəki bahalaşma və inflyasiyadan yüksək idi və 2021-ci ildən başlanan sözügedən prosesin səngiməyə doğru meyil götürməsi səbəbindən həmin artımlar tam olaraq “yemə” çevrilmədi.Söhbət maaşların minimum əməkhaqqı hesabına artırılması gözləntisindən gedərsə, bu sahədə dəyişikliyin olmayacağı təqdirdə bu, heç bir sahədə maaş və əməkhaqqı artımlarının baş verməyəcəyi kimi düşünülməməlidir.
Ümumiyyətlə, hər şey ilin gedişatından asılı olacaq. İl ərzində minimum əməkhaqqının artırılacağı da istisna deyil”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram