2024-cü ildə dünyanı nələr gözləyir? - ŞOK PROQNOZLAR | Banco.az

2024-cü ildə dünyanı nələr gözləyir? - ŞOK PROQNOZLAR

Müəllif:Mehin Qasımova /Banco.az

Hər il bir sıra "şok proqnozlar" dərc edən Danimarka  bankı "Saxo Bank"  2024-cü ildə baş verə biləcək əsas hadisələr barədə xəbərdarlıq edən yeni proqnozlar açıqlayıb.

Banco.az -ın məlumatına görə, yeni proqnoz “Yolun sonu” adlanır.

Təşkilat hesab edir ki, gələn il dünya iki ciddi böhranla üzləşəcək. Xüsusən də  ABŞ "kapitalizmin sonu" və ilk qeyri-standart prezident seçkiləri ilə üzləşəcək.

Saxo Bank bildirir ki, dünya köhnə dövrün sonuna yaxınlaşır. Yeni texnologiyalar köhnə problemləri həll edir, eyni zamanda yeni, bəlkə də daha təhlükəli olanlar yaradır.

Bank proqnozlaşdırır ki, 2024-cü il prezident seçkiləri fonunda ABŞ hökuməti iqtisadi problemlərdən və sosial iğtişaşlardan qaçmaq üçün fiskal xərcləri artırmağa məcbur olacaq. Artan inflyasiya təzyiqləri və xarici investorların kapital axını səbəbindən ABŞ dövlət istiqrazlarına tələb zəif olacaq və onların gəlirlərinin artmasına səbəb olacaq. Borclanma xərclərini normallaşdırmaq üçün hakimiyyət dövlət istiqrazlarından əldə olunan gəlirləri vergilərdən azad edəcək. Bu, kapitalizmin sonunu olacaq. Çünki o, pulları özəl korporasiyalardan hökumətə köçürəcək və daha riskli aktivlərə sahib olmaq getdikcə daha bahalı olacaq.

Bank ekspertləri bildirirlər ki, Brent markalı neftin qiymətləri gələn il  78,5 dollardan 150 dollara yüksələcək. Bunun sayəsində büdcəsi böyük ölçüdə neft gəlirlərindən asılı olan turizm mərkəzli  Səudiyyə Ərəbistanı dünyanın ən nüfuzlu futbol turnirlərindən biri olan UEFA  Çempionlar Liqasını ala biləcək .

Ən sərfəli kredit üçün müraciət et

Gələn il qlobal təhlükəsizliyi  mətn və ya şəkillər yarada bilən və işçilərin məhsuldarlığını artırmaq üçün hazırlanmış generativ süni intellekt (AI) tərəfindən təhdid ediləcəyi proqnozlaşdırılır. Neyron şəbəkələrin bumu ona gətirib çıxaracaq ki, süni intellekt internetdə demək olar ki, bütün məzmunu yaradacaq və insanlar internetdə dərc olunan məlumatlara inanmağı kütləvi şəkildə dayandıracaqlar. Bundan əlavə, bank gələn il ABŞ tarixində ilk dəfə olaraq müstəqil namizəd kiçik Robert Kennedinin seçkilərdə qalib gələcəyini proqnozlaşdırır. 

Digər qlobal böhran əhalinin idmandan kütləvi şəkildə imtina etməsi və zərərli qidalara keçməsi olacaq. Beləliklə, 2024-cü il piylənmə epidemiyasının başladığı il olacaq. Avropa Birliyində nəhayət, iki faizlik sərvət vergisi tətbiq ediləcək və ticarət kəsiri olan ölkələr birləşərək dünya ticarətinin yeni şərtləri üzərində razılaşacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et