2024-cü ildə dünyada ən çox satılan avtomobillər - SİYAHI | Banco.az

2024-cü ildə dünyada ən çox satılan avtomobillər - SİYAHI

Müəllif:Ayşən İmanova/Banco.az

“Focus2move” bu il dünyada ən çox satılan 10 avtomobilin adını açıqlayıb.

Banco.az xəbər verir ki, “Tesla Model Y”elektrik krossoveri yenidən dünyada ən çox satılan avtomobil olub.

Belə ki, bu ilin birinci yarısının yekunlarına görə, qlobal avtomobil bazarında (162 ölkədə) 581 480 belə avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur.

Reytinqdə ikinci yeri 544 372 ədəd (+5,7) avtomobil satan “Toyota Corolla” tutub.

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü yerdə 498 103 ədəd (+23,2%) nəticə ilə “Toyota RAV4” qərarlaşıb.

Ondan sonra “Ford F-Series” (411 071 ədəd; -8,1%) və “Kia K5” (373 613 ədəd; artım 6,2 dəfə) gəlir.

Altıncı yeri “Honda CR-V” tutur. Onun göstəricisi 362 393 avtomobil (+16,1%) təşkil edir.

Yeddinci yerdə “Chevrolet Silverado” (328 083 ədəd; +7,4%), səkkizinci yerdə isə “Hyundai Tucson” (296 646 ədəd; -2,8%) qərarlaşıb.

Onluğu “Toyota Camry” (267 019 ədəd; -13,3%) və “Kia Sportage” (265 516 ədəd; +5%) tamamlayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et