2023-cü ilin ən yaxşı dizaynına sahib smartfonu məlum olub | Banco.az

2023-cü ilin ən yaxşı dizaynına sahib smartfonu məlum olub

Müəllif - Aida İsaq, Banco.az

“Xiaomi 13 Pro” smartfonu “Red Dot Design Award 2023”ün ən yaxşı dizayn mükafatına layiq görülüb.

Banco.az xəbər verir ki, müvafiq mükafat Essendəki Şimali Reyn-Vestfaliya dizayn mərkəzi tərəfindən təqdim olunur. Bununla yanaşı, müvafiq kateqoriya üzrə 24 “Xiaomi” qadceti, o cümlədən flaqman “13 Pro”, “Xiaomi Sound Move” dinamiki və “Xiaomi Mijia” qabyuyan maşını da qiymətləndirilib.

Qeyd edək ki, 1954-cü ildə Hannoverdə keçirilən Beynəlxalq Dizayn Forumu tərəfindən təsis edilmiş “iF Design Award 2023” beynəlxalq dizayn müsabiqəsi çərçivəsində 46 “Xiaomi” modeli mükafatlandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et