Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə ən çox gözlənilən smartfonların siyahısı hazırlanıb.
Banco.az xəbər verir ki, müvafiq sıralamanı “TechRadar” texnologiya nəşri hazırlayıb. Beləliklə ilk yerdə “Galaxy S23” seriyasından olan “Samsung” modelləri qərarlaşıb. Məlumata görə, “Samsung” ilk dəfə olaraq bu flaqmanlarında “Exynos” prosessorlarından tamamilə imtina edəcək. Eyni zamanda modellər 200 meqapiksellik kamera ilə təchiz olunacaq.
İkinci yerdə “Googe Pixel 8” modeli gəlir. Adı çəkilən cihazın üçüncü nəsil “Tensor” prosessoruna, 12 GB operativ yaddaş dəstəyinə malik olacağı bildirilir. Eyni zamanda bu modelin rəqəmsal fotoqrafiya sahəsində yeniliklər tətbiq edəcəyi gözlənilir.
Üçüncü yerin sahibi isə digər “Google” smartfonu “Pixel Fold” seçilib. Modelin 2023-cü ilin birinci rübündə, ən pis halda isə birinci yarısında təqdim ediləcəyi gözlənilir.
Bundan başqa siyahıya “iPhone 15 Ultra”, “Samsung Galaxy Z Fold 5”, “Sony Xperia IV”, “Xiaomi 13 Pro”, “OnePlus 11” və “Samsung Galaxy Z Flip 5” modelləri də daxil edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!