Müəllif - Aida İsaq, Banco.az
Rusiya prezidenti Vladimir Putin cari ilin sonuna ölkədə inflyasiyanın təxminən 5% təşkil edəcəyini bildirib.
Banco.az xəbər verir ki, o, bununla Mərkəzi Bankın proqnozunu təsdiqləyib. Dövlət başçısı hazırda Rusiyada inflyasiyanın 2,3% təşkil etdiyini vurğulayıb.
Bununla yanaşı, V.Putin Qərbdə iqtisadi problemlərin artdığını da bildirib. Onun sözlərinə görə, Almaniyada tənəzzülün gözlənilməsi fonunda Rusiyada isə ÜDM-də 1,5-2% artım olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!