2023-cü ildə Rusiya iqtisadiyyatında vəziyyət necə dəyişəcək? | Banco.az

2023-cü ildə Rusiya iqtisadiyyatında vəziyyət necə dəyişəcək?

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna münaqişəsi və sanksiyalar fonunda Rusiya iqtisadiyyatının tənəzzül “kulminasiyasına” çatacağı tarix açıqlanıb.

Banco.az xəbər verir ki, ekspertlər ən aşağı göstəricilərin 2023-cü ilin birinci rübündə qeydə alınacağı qənaətinə gəlib. Bu isə Rusiyada ÜDM-nin səkkiz faizdən çox aşağı düşəcəyi zaman baş verəcək. Rusiya Mərkəzi Bankı da ölkə iqtisadiyatı üçün eyni proqnozu 2023-cü ilin ortaları üçün proqnozlaşdırıb. 

Məlumata görə analitiklərin gözləntilərinin əksinə olaraq iyul-sentyabr aylarında Rusiya iqtisadiyyatı cəmi 4 faiz kiçilib.

Payızda Mərkəzi Bank 2022-ci ildə ÜDM-in azalması ilə bağlı proqnoza düzəliş edib. Belə ki, iqtisadiyyatın 4-6 faiz əvəzinə 3-3,5 faiz daralması gözlənilir. "Bloomberg"in məlumatına görə, 2022-ci ilin sonuna qədər Rusiya iqtisadiyyatı 3,5 faiz, 2023-cü ilin sonunda isə 2 faiz azalacaq.

Bununla yanaşı, "Rosstat" şirkətinin ÜDM üzrə apardığı hesablamalara əsasən, demək olar ki, bütün göstəricilərin aşağı düşdüyü məlum olub. Belə ki, ticarət dövriyyəsi 22,6 faiz, su təchizatı, kanalizasiya, tullantıların yığılması və emalının təşkili, çirklənmənin aradan qaldırılması üzrə fəaliyyət 10,4 faiz, pərakəndə ticarət dövriyyəsi 9,1 faiz azalıb. Faiz, yük dövriyyəsi 5,5 faiz, emal sənayesi isə 2 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram