Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə qlobal iqtisadiyyatda ümumi artımın yarıdan çoxu iki ölkənin payına düşəcək.
Banco.az xəbər verir ki, bu barədə danışan Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva sözügedən ölkələrin Çin və Hindistan olduğunu bildirib. Onun sözlərinə görə, əksər inkişaf etmiş iqtisadiyyatlarda nəzərəçarpacaq dərəcədə müşahidə olunan dayanıqlı əmək bazarları, istehlak xərcləri və ya Çinin məhdudiyyətləri aradan qaldırması fonunda müsbət irəliləyişlərə baxmayaraq qlobal iqtisadiyyatın 2023-cü ildə 3%-dən aşağı səviyyədə böyüməsi gözlənilir.
Bununla yanaşı, ötən ilin yekunlarına görə, dünya iqtisadiyyatının artım templəri əhəmiyyətli dərəcədə 6,1%-dən 3,4%-ə qədər azalıb. Azalma ilk növbədə 2022-ci ilin fevral ayının sonunda Ukraynada münaqişənin kəskinləşməsi ilə bağlı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!