"2023-cü ildə qlobal artım ləngiyəcək, işsizlik artacaq" | Banco.az

"2023-cü ildə qlobal artım ləngiyəcək, işsizlik artacaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Allianz Trade” 2023 İqtisadi Görünüş Hesabatını dərc edib.

Banco.az xəbər verir ki, “Allianz Trade” tərəfindən hazırlanan 2023 Yaz Dövrü İqtisadi Görünüş Hesabatında bildirilib ki, ABŞ-ın bank sektorunun böhran vəziyyətinin astanasından qayıtması və Avropanın enerji problemini həll edə bilməməsinin səbəb olduğu inam itkisinin təsirləri ilin qalan hissəsini formalaşdıracaq.

Xüsusilə mənzil, istehsal və tikinti sektorlarındakı yavaşlama ilə əlaqədar olaraq, ilin sonunda ABŞ-ı nəzərəçarpacaq tənəzzül gözləyir. Avrozonada isə maliyyə dəstəyinin tədricən azaldılması ilə iqtisadi sürətin səngidiyi vurğulanır. Digər tərəfdən, Çin iqtisadiyyatı üçün perspektivlər yaxşılaşsa da, ölkədə kommersiya fəaliyyətinin bərpasının qlobal yayılması məhdud olaraq qalmaqdadır.

Hesabatda qlobal artımın 2023-cü ildə 2,2 faizə qədər yavaşlayacağı və bu nisbətin 2024-cü ildə çox məhdud artımla 2,3 faizə çatacağına dair fikirlər yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata həmçinin vurğulanıb ki, istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsi və uzunmüddətli malların yenilənmə dövrünün uzanması ilə əlaqədar 2023-cü ildə istehsal sektorunda durğunluğun davam edəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et